HADİSƏ

Milli Geoloji Kəşfiyyat Xidmətindən sürüşmə ilə bağlı açıqlama

Ərazidə təbii amillərdən başqa təsirlər də var. Belə ki, yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib
Sputnik

BAKI, 29 yanvar - Sputnik. "Badamdarda baş verən sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb".

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib.

"Ərazinin geoloji quruluşanda iştirak edən süxurların yuyulmaya həssaslığı, maili yamacın olması və son aylar əraziyə düşən atmosfer yağıntıları bu prosesi qaçılmaz edib", - o, əlavə edib.

R.Həsənov deyib ki, proses nəticəsində hazırda ərazidə tədqiqat işləri aparılır:

“Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırmalara davam etdirilir. Ərazidə təbii amillərdən başqa təsirlər də var. Belə ki, yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib”.