CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhurların vətəni Cuvarlıdan videogörüntülər

Füzuli rayonunun Cuvarlı kəndinin bugünkü vəziyyəti necədir? Sputnik Azərbaycan kəndin bu gününü əks etdirən videomaterialı təqdim edir.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Cuvarlı kəndindən çəkilmiş videoreportaj yayımlayıb. Sputnik Azərbaycan həmin reportajı təqdim edir.

Cuvarlı kəndinin adı azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski soyadları ilə bir çox görkəmli şəxsiyyətlər olub.