BAKI, 29 yanvar — Sputnik. Rusiyanın Xalq artisti, müğənni Filipp Kirkorov "Avroviziya-2021"də çıxış edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında məlumat verib. Müsabiqədə Moldovanı təmsil edəcəyini deyən F.Kirkorov "Avroviziya-2021"də moldovalı müğənni Nataliya Qordienko ilə birlikdə iştirak edəcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə "Avroviziya-2020" Mahnı Müsabiqəsi ləğv edilmişdi. Builki müsabiqədə Rusiyanı kimin təmsil edəcəyi isə hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, müğənni ikinci dəfədir ki, sözügedən müsahibədə iştirak edib. Belə ki, 1995-ci ildə Dublində keçirilən yarışda Rusiyanı "Колыбельная для Вулкана" mahnısı ilə təmsil etmişdi.