Sarqsyan da koronavirusa yoluxdu

Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan koronavirusa yoluxub. Onun həyat yoldaşı Rita Sarkisyan isə ötən ilin noyabrın 20-də koronavirusdan ölüb.
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan koronavirusa yoluxub və yanvarın 17-dən karantindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidentinin ofisi məlumat yayıb.

"Ermənistanın üçüncü prezidenti özünü yaxşı hiss edir, evdədir, vəziyyəti pisləşməyib", - deyə məlumatda bildirilir.

İnfeksiyaya yoluxduğuna görə onun bütün görüş və səfərləri ləğv edilib.

Xatırladaq ki, ötən ilin noyabrın 20-də Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan ölüb. Daha əvvəl R.Sarqsyanın koronavirus infeksiyasına yoluxduğunu bildirilib. Rita Sarqsyan əvvəlcə Yerevan xəstəxanalarından birinə yerləşdirilsə də, sonra Almaniyaya aparılmışdı.