CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranlar şənbə və bazar günləri də işləyəcək?

Kafe-restoranların fəaliyyətinə 2021-ci il 1 fevral saat 00:00-dan etibarən icazə veriləcək. Amma nəqliyyat məsələləri onların şənbə-bazar günləri də işləməsinə təsir edə bilər
Sputnik

BAKI, 28 yanvar — Sputnik. "Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək. Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.