CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik vətəndaş qəbuluna qadağanın müddətini uzatdı

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi vətəndaşların qəbuluna qoyulan qadağanın müddətini bir qədər də uzadıb. Şikayəti isə telefon və ya poçtla bildirmək olar
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/, https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.