BAKI, 28 yanvar - Sputnik.Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı sorğuya cavab olaraq Nəcməddin Sadıkovun hazırda hərbi xidmətdə olmadığı deyilib.
Qeyd edək ki, general-polkovnik N.Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.