MƏDƏNİYYƏT

Azərbaycan kino sənətinə ağır itki üz verib

Arif Həbibi dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və adaptasiya edib
Sputnik

BAKI, 28 yanvar — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan kinosunda dublyaj rejissoru kimi tanınan, xarici filmləri ana dilimizə tərcümə edən və dublyaj sənətinin ustadlarından sayılan, Əməkdar Mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Bu barədə məlumatı mərhum rejissorun qızı İlhamə Həbibisosial mediadan yayıb.

Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.

1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb.

Arif Həbibi dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və adaptasiya edib.

Uzun illər Mədəniyyət və İncəsənət Universitetində dublyaj sənətindən dərs deyib.