Azərbaycan beş erməni əsirini qaytarıb, əvəzində bir hərbçisini geri alıb

Ermənistana qaytarılan əsirlər Şirak vilayətində qeydiyyatda olan 62 hərbçinin siyahısına daxildir. 
Sputnik

BAKI, 28 yanvar - Sputnik. Azərbaycanla Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Sülhməramlıları kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib. O qeyd edib ki, yanvarın 28-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan əsirliyində olan bir nəfər Bakıya gətirilib. Yerevana isə 5 əsir qaytarılıb.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistana qaytarılan əsirlər Şirak vilayətində qeydiyyatda olan 62 hərbçinin siyahısına daxildir.