AMEA-da yarpaq tökümü: Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına vəzifə verdi

AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Sputnik

BAKI, 28 yanvar - Sputnik. Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. O, 2019-cu ildə Ramiz Mehdiyevin əmri ilə AMEA-nın "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi.