Kolleksiya Azərbaycanın müxtəlif bölgələrindən 10 ildən artıq müddətdə toplanıb bir araya gətirilmiş eksponatlardan ibarətdir.
Təqdim olunan ekspozisiyada tarixi əhəmiyyətə malik 4000-dən artıq rəngarəng eksponata rast gəlmək mümkündür. Məsələn, XVI əsr Səfəvilər dövrünə aid parça nümunələri, habelə güləbətin üslubu ilə işlənmiş Quran qablarını da burada görmək olar.
Zamana səyahət: Bakı Xan Sarayı qonaq gözləyir >>
Kolleksiyaçılar gənclərimizin milli incəsənət nümunələri, qədim tikiş üsulları və milli geyimlərlə yaxından tanış olmalarına xüsusi diqqət yetiriblər. Yaxın vaxtlarda qalereyada şou-rumun açılması da gözlənilir. Burada kolleksiyaçıların əl işləri ilə tanış olmaq olar.
Sputnik Azərbaycan-ın çəkiliş qrupu qalereyada olub. Ətraflı videomuzdan izləyin.