Rəşad Nəbiyev bu gün nazir kürsüsünə əyləşib

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri vəzifəsinə təyin olunan Rəşad Nəbiyev bu gün kollektivə təqdim edilib.
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Bu gün Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Sputnik Azərbaycan-a bu barədə Nazirlikdən məlumat verilib. Xəbərə görə, Rəşad Nəbiyevi kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.