İQTİSADİYYAT

Qeyri-neft sektorundan yüksək həddə vergi toplanıb

Mikayıl Cabbarov: "Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb".
Sputnik

BAKI, 27 yanvar — Sputnik. "2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat təşkil edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: "Qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb".