FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Mənfi 50 dərəcə soyuq: Yakutksdan şaxtalı fotolar

Sputnik

Bəzi yerlərdə temperatur sıfır dərəcədən aşağı düşəndə həyat fəaliyyəti dayanır. Amma elə yerlər də var ki, orada -30 dərəcə havanın istiləşməsi kimi qəbul edilir.

Rusiyanın Uzaq Yakutsk şəhərinin sakinləri güclü şaxtalara alışıblar. Lakin mənfi 50 dərəcə artıq anomaliyadır. Burada uzun müddət açıq havada olmaq təhlükəli hesab edilir. Belə şaxtada necə yaşamaq olar?

Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri belə bir havada normal qan dövranını təşviq edəcək rahat geyimlər geyməyi və uzun müddət hərəkətsiz dayanmamağı məsləhət görürlər. Eyni zamanda bildirirlər ki, belə havada spirt istehlakını məhdudlaşdırmaq lazımdır.

"Yola hazırlaşarkən, yaxınlarınıza və qohumlarınlıza qonaq gedərkən yeriniz və təyinat məntəqəniz barədə məlumat verməyiniz daha yaxşı olar.", - Nazirliyin mütəxəssisləri bildirib.  

Yakutsk sakinləri səbirsizliklə havanın sinoptiklərin bu həftənin sonuna vəd etdikləri mənfi 40 dərəcəyə qədər istiləşməsini gözləyirlər. Sputnik Azərbaycan soyuq Yakutskdan çəkilən fotoşəkillərə baxmağı təklif edir.

1 / 9
Yakutskda balıq bazarı
2 / 9
Yakutskda bazar
3 / 9
Yakutskda donmuş ağaclar
4 / 9
Telefonda hava proqnozunu göstərən şəxs
5 / 9
Yakutskda yüksək gərginlik xəttləri
6 / 9
Yakutskda ağaclar
7 / 9
Yakutskda qadın it ilə
8 / 9
Yakutskda donmuş velosiped
9 / 9
Yakutskda günəş