Məktəblərdə bufetlərin aqibəti necə olacaq?

Nazirlər Kabinetinin sentyabrın 10-da verdiyi qərara əsasən, hələ ki, məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova məktəblərdə bufetlərin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib ki, Nazirlər Kabinetinin sentyabrın 10-da verdiyi qərara əsasən, hələ ki, məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.