HADİSƏ

Məşhur model İstanbulda bıçaqlandı - VİDEO

Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Türkiyənin İstanbul şəhərində bıçaqlı kişi üç rusiyalıya hücum edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, videoda bir kişinin qaçaraq səkidə hərəkət edən üç nəfərə hücum etdiyi görünür. Hücuma məruz qalanlardan ikisi qaçıb canını qurtarsa da, üçüncüsünə 7-8 bıçaq zərbəsi vurulub. Məlumata görə, yerli sakinlər təcili yardım gələnə qədər özləri yaralıya kömək ediblər.

Bildirilir ki, bıçaqlanan qadın Aleksandra Rusanova dərhal əməliyyat olunub və hazırda vəziyyəti sabit qiymətləndirilir.

Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir.