BAKI, 27 yanvar — Sputnik. Dünya şöhrətli dramaturq Lars Nuren vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 77 yaşlı dramaturq ötən gün Stokholmda COVID-19 virusuna yoluxaraq dünyasını dəyişib.
Lars Nurenin dram əsərləri dünyanın bütün teatr səhnələrində tamaşaya qoyulub. O, həmçinin şair, ssenarist, teatr rejissoru kimi də məşhur olub.
Mərhum dramaturqun "Müharibə" əsəri 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, rejissor Bəhram Osmanovun quruluşunda tamaşa qoyulub və dram əsəri bugünədək Teatrın repertuarındadır.
Lars Nurenin vəfatı dünya ədəbiyyatı və teatr sənəti üçün böyük itkidir.