CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Un və çörəyin istehsalı və satışı ilə bağlı yeni təklif var

Un, çörək, eləcə də kəpəyin istehsalı və satışı ilə bağlı vergilərdə dəyişikliklər edilməsi təklif olunur
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mövcud Vergi Məcəlləsinə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Hazırda təklif edilən dəyişikliyə əsasən isə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olacaq.

Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 1 il artırılır. Kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad olub. Dəyişikliyə əsasən, bu, 2017-ci il yanvarın 1-dən 3 il müddətinə olan dövrü əhatə edəcək.