Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.