Prezident yeni nazir təyin etdi

Sərəncamla Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildi.
Sputnik

BAKI, 26 yanvar - Sputnik. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rəşad Nəbiyev 2011-ci ildən Azərkosmos ASC-nin sədri idi.

Ramin Quluzadə 2016-cı ildən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.