BAKI, 26 yanvar - Sputnik. Almaniyanın Güterslo şəhərindəki anbardan dəyəri 40 min avro olan on konteyner maska oğurlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, oğrular FFP2 tipli maskaların olduğu anbara girərək on konteyner maskanı oradan çıxarıblar.
Almaniyada yanvar ayından etibarən mağazalarda və ictimai nəqliyyatda FFP2, FFP3 və КN95/N95 maskalarının taxılması məcburi elan edilib. Evdə tikilən maskaları taxmaq isə qadağandır, çünki onlar koronavirusdan etibarlı şəkildə qorumur.