BAKI, 25 yanvar — Sputnik. Ötən il körpələrə ən çox verilən adlar açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ədliyyə Nazirliyinin 2020-ci ildə fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, ötən il doğumu qeydə alınan kişi cinsindən olan körpələrə ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub.
Ötən il körpələrə ən çox verilən qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələk olub.