RUSİYA

Ermənistanın işdən çıxarılan naziri Rusiyadan razılıq etdi

"Sırf müdafiə məsələləri ilə yanaşı, rusiyalı nazirlə müntəzəm işçi əlaqələr bir sıra digər önəmli məsələləri həll etməyə imkan verib".
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Qarabağ müharibəsi zamanı Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün maksimumu etdi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri David Tonoyan "Mediamaks" agentliyinə müsahibəsində bildirib.

Tonoyan bildirib ki, müharibə boyu rusiyalı həmkarı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqədə olub, onunla gün ərzində bir neçə dəfə telefon danışığı həyata keçirib.

"Aydın səbəblərə görə detalları açıqlaya bilmərəm, lakin birmənalı olaraq deyə bilərəm ki, başlayan müharibə şərtlərində Rusiya öz müttəfiqlik öhdəliklərini həyata keçirmək üçün maksimumu edib", - deyə sabiq nazir qeyd edib.

O qeyd edib ki, sırf müdafiə məsələləri ilə yanaşı, rusiyalı nazirlə müntəzəm işçi əlaqələr bir sıra digər önəmli məsələləri həll etməyə imkan verib.

Qeyd edək ki, David Tonoyan Qarabağ müharibəsi başa çatandan bir neçə gün sonra tutduğu vəzifədən azad edilib.