Ölkədə icazəsiz gediş-gəliş, ticarət obyektləri və bərbərxanaların fəaliyyəti bərpa olunub

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Sputnik

BAKI, 25 yanvar - Sputnik. Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Bu gündən ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir. 

Bu gündən bərbərxana və gözəllik salonları da açılacaq.