SƏHİYYƏ

Koronavirusun yeni ştammının şəkli yayıldı

Alimlər laboratoriya heyvanlarından istifadə edərək virusun struktur xüsusiyyətlərini, eləcə də hüceyrələrdə, eksperimental modellərdə təzahürlərini öyrənirlər
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Rusiyanın "Vektor" mərkəzi koronavirusun Britaniya ştammının fotosunu yayıb.

Sputnik Azərbaycan bildirir ki, şəkil "Rospotrebnadzor"un saytında yayımlanıb.

Ştammın şəklini virusun yeni variantının tədqiqatı çərçivəsində mikroskop vasitəsilə çəkiblər. Alimlər laboratoriya heyvanlarından istifadə edərək virusun struktur xüsusiyyətlərini, eləcə də hüceyrələrdə, eksperimental modellərdə təzahürlərini öyrənirlər.

Qurumdan bildiriblər ki, hazırlanmış PZR testləri variant virusunu mutasiyaya uğramamış virusdan fərqləndirə bilir. Həmçinin "Rospotrebnadzor"un məlumatına görə, COVID-19-un yeni mutasiyaları "EpiVakKorona" vaksininin effektivliyinə təsir etmir.