Xırdalanda partlayış yerində dağıntılar altında qalanların xilas edilməsi - VİDEO

Hadisə yerindən əməkdaşımıza verilən məlumata görə, hazırda dağıntılar altında qalan digər şəxslərin də axtarış-xilasetmə əməliyyatı aparılır.
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən ərazidə xilasetmə işləri davam etdirilir. Sputnik Azərbaycan-a hadisə yerindən verilən məlumata görə, daha 5-6 nəfər dağıntılar altından çıxarılıb. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Xırdalanda partlayış yerində dağıntılar altında qalanların xilas edilməsi - VİDEO

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerindən verilən məlumata görə, dağıntılar altında qalan digər şəxslərin də axtarış-xilasetmə əməliyyatı davam edir.