BAKI, 25 yanvar — Sputnik. Milli Məclisdə 2 fevral – Gənclər Günü ərəfəsində "Gənc ailələrin sosial vəziyyəti" mövzusunda geniş videokonfrans keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasının işlər planına daxil edilib.
Qeyd edək ki, yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.