BAKI, 24 yanvar - Sputnik. Binəqədi Rayon Məhkəməsində Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, yanvarın 22-də Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.