Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər paylaşılıb

Comərd kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub və 2020-ci ilin 25 noyabrında azad edilib.
Sputnik

BAKI, 24 yanvar - Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər hazırlayıb.

Qeyd edək ki, Comərd kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Azərbaycanın Kəlbəcər rayonu və onun kəndləri Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 9 noyabrda qəbul etdiyi üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Sputnik Azərbaycan Comərd kəndinin yeni videogörüntülərini təqdim edir.