HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO

Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binanın 8-ci mərtəbəsində, mənzillərdən birində alovlanma baş verib.
Sputnik

BAKI, 24 yanvar - Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.

Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.