CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. "Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.

Yaz sessiyasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.