VİDEO

“Rus dili olimpiadasına bu qədər şagirdin qatıldığı başqa ölkə tanımıram” – İrek Zinnurov

Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – yeni rəhbəri İrek Zinnurov artıq öz işinə başlayıb. Pandemiya müddətində mərkəzin əsas fəaliyyət hədəfləri barədə – videomuzda.
Sputnik

Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.

"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.