CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir ali məktəblərdə təhsil haqqının ödənilməsinə aydınlıq gətirdi

Emin Əmrullayev bildirib ki, prezidentin müvafiq sərəncamı ilə 11 500 tələbəyə sosial yardım göstərilib.
Sputnik

BAKI, 22 yanvar — Sputnik. Təhsil naziri Emin Əmullayev bu gün keçirilən brifinqdə pandemiya dövründə ali məktəblər üzrə təhsil haqlarının ödənilməsində yaranmış problemlərə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavr pilləsi üzrə, 15 mini isə magistratura pilləsində oxuyur. E.Əmrullayev bildirib ki, prezidentin müvafiq sərəncamı ilə həmçinin 11 500 tələbəyə sosial yardım göstərilib. Onun sözlərinə görə, bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur: "Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamikanı müşahidə edirik. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən çoxunun təhsil haqqını dövlət ödəyir. Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır".