Masallı xəstəxanasında əməliyyat keçirilib, saxlanılanlar var

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində xəstəxananın rəhbərliyi saxlanılıb.
Sputnik

BAKI, 22 yanvar - Sputnik. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Masallıda keçirilən əməliyyatla bağlı ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.