Lerikdə adamın ağlını başından alan qar mənzərələri - Fotolar

Lerikdə qarın intensiv yağmasına baxmayaraq, nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yaranmayıb.
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Bir neçə gün Cənub zonasında müşahidə olunan qeyri-sabit hava şəraiti ötən gün dağlıq ərazilərdə qar yağması ilə nəticələnib. Belə ki, Lerik rayonunun ucqar dağ kəndlərində qarın qalınlığı 40 santimetrə çatıb.

Sputnik Azərbaycan Lerik Rayon Fövqəlada Hallar Komissiyasına istinadla xəbər verir ki, ötən gün gecə saatlarına kimi yağmaqda davam edən qarın qalınlığı Lerikin yüksək dağlıq kəndləri olan Orand, Kələxan, Veri, Pirəsora və Misatanda 40 sm-ə çatıb. Rayon mərkəzində isə qarın qalınlığı 15-20 santimetr olub. Lerikdə qarın intensiv yağmasına baxmayaraq, nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında heç bir məhdudiyyət yaranmayıb.