Kəlbəcərin cənnət guşəsindən yeni görüntülər yayıldı

Müdafiə Nazirliyi Kəlbəcərin cənnət guşələrindən biri olan Kəndyerinin yeni görüntülərini təqdim edib.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Kəndyeri kəndindən videogörüntülər hazırlayıb.

Kəndyeri 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəlbəcər rayonu və onun kəndləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.

Sputnik Azərbaycan Kəlbəcərin cənnət guşələrindən biri olan Kəndyerinin yeni görüntülərini təqdim edir: