BAKI, 21 yanvar — Sputnik. Birləşmiş Ştatların Prezidenti Co Bayden İran tərəfindən bu ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olmaq niyyətindədir. Sputnik Azərbaycan Qərb KİV-nə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O qeyd edib ki, Bayden bu məsələ ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr həyata keçirəcək.
Qeyd edək ki, Bayden seçkiqabağı kampaniya zamanı Tehranın ciddi şəkildə öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə ABŞ-ın nüvə razılaşmasına qayıdacağını bildirib.