MƏDƏNİYYƏT

Azərbaycanlı ifaçı "PowerTürk Müzik" mükafatına namizəddir

Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur. Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənniləri ilə yanaşı, nüfuzlu "PowerTürk Müzik" mükafatına namizəddir.

Sputnik Azərbaycan xəbər verir ki, "PowerTürk Müzik"ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Aleyna Tilki, Sinan Akçıl, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı "Gənc ifaçılar arasında ilin uğuru" nominasiyasında qalib ola bilər.

Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur.

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.