CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə boşanmaların sayı bilindi

Azərbaycan Respublikasında əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. 2020-ci ilin 11 ayında Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.