İQTİSADİYYAT

Azərbaycan nefti bahalaşır

Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,45 dollar artaraq 56,84 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,13 dollar ucuzlaşaraq 55,95 dollar, “Light” markalı neftin qiyməti isə 0,26 dollar artaraq 53,24 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.