RUSİYA

Bayden and içəndən sonra "nüvə sakitliyi" gözlənilir

ABŞ-ın dövlət katibi postuna namizəd göstərilən Entoni Blinken məlumat verib ki, Ağ Evin yeni komandası nüvə silahı barədə müqavilənin müddətinin uzadılmasına nail olmağa çalışacaq
Sputnik

BAKI, 20 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyası andiçmə mərasimindən dərhal sonra Vaşinqtonla Moskva arasında bağlanmış SHS III (Strateji Hücum Silahları Haqqında) müqaviləsinin müddətinin uzadılması məsələsinə baxmaq niyyətindədir. Hərbi politoloq Andrey KoşkinSputnik radiosunun efirində bu məsələni şərh edib.

Qeyd edək ki, bu barədə ABŞ-ın dövlət katibi postuna namizəd göstərilən Entoni Blinken məlumat verib. Onun sözlərinə görə, Ağ Evin yeni komandası müqavilənin müddətinin uzadılmasına nail olmağa çalışacaq. E.Blinken onu da qeyd edib ki, bununla belə, administrasiya raketdən müdafiə sistemindəki məhdudiyyətlərlə razılaşmayacaq.

Çin ABŞ və Rusiya ilə danışıqlardan imtina etdi

G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və sosiologiya kafedrasının rəhbəri Andrey Koşkin Sputnik radiosunun efirində məsələni şərh edərkən bildirib ki, Bayden administrasiyasının müqavilənin müddətini uzatmaq niyyətini sadəcə alqışlamaq olar.

"Bu, ABŞ və Rusiya Federasiyası arasındakı qarşılıqlı münasibətlər vektorunu müəyyən dərəcədə dəyişdirir. Sözügedən addım hər bir halda nüvə silahı yarışının qarşısının alınması mexanizmini qoruyub saxlamaq cəhdi kimi qiymətləndirilməlidir və çox güman ki, ABŞ administrasiyasının bu istiqamətdə yeni siyasətinin başlanğıcı olacaq. Yəqin ki, ABŞ da daxil olmaqla, dövlətlərin nüvə silahı ilə silahlanmasına nəzarət etməyə tam imkan verə biləcək digər razılaşmaların bağlanmasına da gətirib çıxaracaq", – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında SHS III müqaviləsi 5 fevral 2011-ci il tarixində qüvvəyə minib. Müqavilə hər iki tərəfin qarşıdakı yeddi ildə və gələcəkdə ümumi silah sayının 700 qitələrarası ballistik raket, həmçinin sualtı qayıq və ağır bombardmançı təyyarələrdəki ballistik raketlər, 1550 döyüş başlığı və 800 raket-buraxılış qurğusu ilə məhdudlaşdırılmasını nəzərdə tutur. Sözügedən müqavilə hazırda Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılmasına dair yeganə qüvvədə olan sənəddir və onun müddəti 2021-ci il fevral ayının 5-də başa çatacaq.