BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.