SƏHİYYƏ

Peyvənddən öncə belə qidalar yemək lazımdır

Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.
Sputnik

BAKI, 20 yanvar — Sputnik. "Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.

Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", – deyə dietoloq bildirib.

Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.