Azərbaycanın cənubunda zəlzələ olub

Maqnitudası 3 bal olan zəlzələ yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb.
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Azərbaycanda zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Maqnitudası 3 bal olan zəlzələ yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.