VİDEO

“Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” - qazi

Yardımlı rayonu Bürzünbül kənd sakini Əsgər Səfərov 44 günlük Vətən müharibəsi zamanı yaralansa da “Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” deyir.
Sputnik

2008-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan qazimiz nümunəvi xidmət etdiyinə görə komandanlığı onu hərbi hissədə saxlayıb. “Canavar” ləqəbli tankçı Əsgər Səfərov düşmənin bir neçə hərbi texnikası və canlı qüvvəsini məhv edib.

Günün videosu: Əliyevlər ailəsi Şuşada

“Sentyabrın 27-də səhər saat 07:00-da biz əməliyyata başladıq. Bizim əməliyyatımız Cocuq Mərcanlıdan Xudafərin körpüsünə qədər davam etdi. Həmin döyüşlərdə düşmənin kalan tankları və şəxsi heyəti məhv oldu. Çoxlu sayda hərbi texnikaları əlimizə keçdi. Oktyabrın 6-da Xudafərin körpüsünün yanından axşam saat 18:00-da biz əməliyyata başladıq. Bizim bir tank və bir BMP-miz var idi, o biri tanklarımız başqa istiqamətdən əməliyyata başlayacaqdılar. Mənfur düşmən bizi güclü artilleriya atəşinə tutmağa başladı. Mən dərhal texnikaları geriyə çəkmək komandasını verdim. Rabitə vasitəsi ilə əlaqəyə çıxıb texnikanı Araz çayının kənarında saxlamağı əmr etdim”, - deyə qazi Əsgər Səfərov qeyd edib.

"Vətən yolunda gedib, şəhid olub. Bundan qürurlu nə ola bilər ki?!" - Şəhid atası >>

Həmin ərazidə gedən şiddətli döyüşlərdə ermənilərin 60 nəfərə yaxın şəxsi heyəti məhv edilib və onların bir neçə ədəd döyüş texnikası ələ keçirilib. “Canavar”ın tabeliyində olan əsgərlər şəhidlərimizi və yaralılarımızı götürüb arxaya gəliblər. Qazimiz şəhidi döyüş meydanından götürərkən mənfur düşmən “Faqot” silahından ona tərəf atəş açıb. O, tabeliyində olan əsgərləri ərazidən çıxarıb, şəhidi ermənilər aparmasın deyə özü həmin yerdə tək qalıb.     

“Düşmən mənə TƏİR raketindən atəş açdı, o raketlər tank üçündür. Vura bilərdilər, amma Allah bizim tərəfdə idi. Şükür Allaha ki, tez bir zamanda torpaqlarımız alındı, biz çox sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfa versin! Allah Ordumuza kömək olsun!”, - deyə Əsgər Səfərov bildirib.