Naz Mila qarda açıq-saçıq fotosessiyası ilə gündəmə gəldi

Məşhur model qarlı-şaxtalı havaya baxmayaraq, qırmızı alt paltarında fotolar çəkdirib. Həmişə cəsarətli paylaşımları ilə məşhur olan Milanın bu fotosessiyası da birmənalı qarşılanmayıb.
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Türkiyə KİV-nin ən açıq-saçıq azərbaycanlı adlandırdığı məşhur fotomodel Naz Mila bu dəfə də gündəmi alt-üst edib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur model qarlı-şaxtalı havaya baxmayaraq, qırmızı alt paltarında fotosessiya etdirib. Həmişə cəsarətli paylaşımları ilə məşhur olan Milanın bu fotosessiyası da birmənalı qarşılanmayıb. İzləyicilərinin bəziləri modeli tənqid etsə də, bəziləri onun cəsarətli addımına xoş sözlər yazıblar.

Naz Mila uzun müddətdir Türkiyədə yaşayır. O, Türkiyənin "Zuhal Topal ilə birlikdə" nikah şousunda iştirak etdikdən sonra məşhurlaşıb. Lakin verilişdə özünə həyat yoldaşı tapa bilməyib. Naz uzun müddət xarici mətbuatda ingilis dilində səhv yazılmış döymələri ilə müzakirələrə səbəb olub. Hal-hazırda o, əsasən model kimi çalışır.

Mila tez-tez öz abunəçiləri ilə erotik planda çəkilmiş videoçarx və fotolarını bölüşür, buna görə də onu ən açıq-saçıq azərbaycanlı qadın adlandırırlar.