RUSİYA

RF XİN: "Rusiya sülhməramlılarının mandatı haqqında məsələ həll olunur"

Qarabağda olan Rusiya sülhməramlıların mandatı haqqında məsələ həll olunur. Bu üçtərəfli razılaşmanın predmeti olmalıdır.
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Qarabağda olan Rusiya sülhməramlıların mandatı haqqında məsələ həll olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Qarabağda olan Rusiya sülhməramlıların mandatı haqqında məsələ həll olunur. Bu üçtərəfli razılaşmanın predmeti olmalıdır. Bu barədə yanvarın 11-i baş tutan görüşdə danışılıb. Həmin görüşdə imzalanan bəyannamənin gizli müddəaları yoxdur. Mən hər hansı bir mövzuların sirr predmeti ola biləcəyini görmürəm", - deyə Lavrov qeyd edib.