BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.
"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.
O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.