SƏHİYYƏ

Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb

Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Sputnik

BAKI, 17 yanvar - Sputnik. Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib, 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb.

Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.