BAKI, 16 yanvar — Sputnik. 2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.
Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.